AZ

ADSEA: Su təchizatında çətinliklərin obyektiv səbəbləri var

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Müşahidə edirik ki, bizim xətlərimizdə hansısa qəza və ya su sızması olanda bu çox mənfi bir tərzdə ictimaiyyətə çatdırılır.

“APA-Economics” xəbər verir ki, bun Azərbaycan Dövlət Su Agentliyi (ADSEA) tərəfindən keçirilən konfransda Agentliyin sədr müavini İlham Bayramov deyib.

“Biz jurnalistlərin işinə qarışmırıq. Amma bu qəzalar dünyanın hər yerində var. Bizim işimizin çətinliyi odur ki, bizim infrastruktur yerin altında yerləşir”, - deyə İ.Bayramov əlaəv edib.O bildirib ki, bu şəbəkələrdə 10 illər, bəlkə də 50 il bundan əvvəl inşa olunan xətləri var:“Burda həm kanalizasoya kollektorları, həm içməli su xətləri, həm magistral şəbəkələr və digər ölçülü xətlər var. Bunların da bir ömrü var. Bunlar daimi köhnəlir və burda da qəzalar vaş verir. Digər tərəfdən, tələbat da göz önündədir. Əhalimizin artımı ölkənin iqtisadi inkişafının təbii nəticəsidir. Bakı şəhərində də əhalinin artması müşahidə olunur və hər bir insanın suya olan ehtiyacı aydındır, susuz həyat mümkün deyil”.

İ.Bayramov plansız tikililərin də yaratdığı problemlərə toxunub:

“Bəzi hallarda tikintilər plansız aparılır. Plansız şəkildə bina və ya obyekt tikildikdən sonra həmin əraziyə su tələbi yaranır. Lakin əvvəlcədən şəbəkə və kommunikasiya nəzərdə tutulmadığına görə həmin obyektlərə suyun verilməsi çətinləşir. Bundan əlavə, verilən sudan sonra tullantı sularının axıdılması da problem yaradır. İnsanlar tullantı sularını hara gəldi axıdır və bu da həm ətraf mühitə, həm də yaxınlıqda yerləşən göllərin çirklənməsinə səbəb olur. Bu problemləri diqqətdə saxlamaq vacibdir. Düzdür, xidmətlərin yaxşılaşdırılması üçün işlər aparılır, lakin mövcud çətinliklərin də obyektiv səbəbləri var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
apa.az

4Mənbələr