AZ

COP29-un “yaşıl” iqlim konfransları üçün yeni qlobal meyar müəyyənləşdirən Dayanıqlılıq Hesabatı dərc edilib

Bu gün COP29-un Dayanıqlılıq Hesabatı dərc edilib. Sözügedən hesabat COP29-un indiyə kimi təşkil edilmiş ən dayanıqlı qlobal iqlim konfranslarından birinə çevrilməsi üçün görülən ciddi tədbirləri ön plana çıxarır. Azərbaycanın COP29 Sədrliyi dövründə dayanıqlılıq prinsipləri planlaşdırılmadan tutmuş icra və irsin davam etdirilməsinə qədər bütün mərhələlərə inteqrasiya olunmuş və gələcək ev sahibləri üçün yeni standartlar müəyyən edilmişdir.

Olaylar.az xəbər verir ki, bu təşəbbüsün ana xəttini COP29-un yeddi dayanıqlılıq öhdəliyi təşkil edir:

1. Xalis sıfıra nail olmaq - Tədbir 100% bərpa olunan enerji ilə təmin edilib və qaçılmaz emissiyalar kompensasiya olunub. Bununla da, COP29 tədbiri Azərbaycanda xalis sıfıra nail olan ilk iqlim konfransına çevrilib.

2. Dayanıqlı mobillik - 160 elektrikli nəqliyyat vasitəsi sayəsində aşağı emissiyalı nəqliyyat sistemi tətbiq olunub və 70,000-dən çox nümayəndə üçün rahat və ekoloji cəhətdən təmiz mobillik imkanı yaradılıb.

3. Dövri tullantıların idarə edilməsi - "Sıfır poliqon" siyasəti həyata keçirilib və tullantıların çeşidlənməsi, təkrar emalı, eləcə də genişmiqyaslı kompostlaşdırılması tətbiq olunub.

4. "Yaşıl" satınalmalar - Bütün strateji təchizatçılar üçün ekosertifikat tələbi qoyulub və qida məhsullarının 95%-i yerli mənbələrdən təmin edilib. Bunun sayəsində isə daşınma ilə bağlı emissiyaların həcmi azaldılıb.

5. İnklüziv və əlçatan COP - Surdotərcümə xidmətləri və maneəsiz infrastruktur da daxil olmaqla, kompleks funksional əlçatanlıq imkanları təmin edilib.

Ətraflı

6. "Yerli" potensialın artırılması -3000-dən çox könüllü, işçi və dövlət nümayəndəsi dayanıqlılıq üzrə təlim keçib və uzunmüddətli bacarıq irsi yaradılıb.

7. Şəffaflıq və irs - COP29 Dayanıqlılıq Hesabatı dərc olunub, bütün nailiyyətlər sənədləşdirilib və gələcək sədr ölkələr üçün nümunəvi yol xəritəsi hazırlanıb.

Həmçinin, COP29 tədbirlərin dayanıqlı idarə edilməsi üzrə ISO 20121:2024 sertifikatını əldə etmiş və hətta bu miqyasda bir tədbirin ən yaxşı beynəlxalq təcrübələrə tam uyğun şəkildə təşkil oluna biləcəyini sübuta yetirmişdir.

"COP29 ilə bağlı məramımız aydın idi: dayanıqlılığı şüardan fəaliyyətə çevirmək," - deyə COP29 Azərbaycan Əməliyyat Şirkətinin baş icraçı direktoru Nərmin Carçalova bildirib. - "Biz tədbir məkanlarının bərpa olunan enerji ilə işləməsindən tutmuş tullantıların poliqona yönləndirilməsinin qarşısının alınmasına və gələcək ev sahibləri üçün nümunəvi yol xəritəsinin yaradılmasına qədər bütün əməliyyatlar çərçivəsində sübut etdik ki, qlobal iqlim konfransları bəyan edilən vədləri həyata keçirmək iqtidarındadır. Bu irs təkcə Azərbaycana deyil, bütün beynəlxalq iqlim ictimaiyyətinə məxsusdur."

İnnovasiya, inklüzivlik və operativ mükəmməlliyi inteqrasiya etməklə, COP29 qlobal tədbiri dayanıqlı bir şəkildə idarə etməyə müvəffəq olmuş və bütün dünyada daha güclü iqlim fəaliyyətinə stimul vermişdir.

Sənədləşdirilmiş nailiyyətləri və əldə olunan təcrübənin icmalını ehtiva edən COP29 Dayanıqlılıq Hesabatırəsmi COP29 vebsaytında dərc olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
12
olaylar.az

10Mənbələr