AZ

9 ayda ADSEA-ya 8 245 müraciət daxil olub

İlin əvvəlindən etibarən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 8 245 müraciət qəbul olunub. Onların 58%-i iri şəhərlərin ərazisinə, 42%-i isə kənd və regional ərazilərə aid olub.  Bunu  Azərbaycan Dövlət Su Agentliyi (ADSEA) tərəfindən keçirilən konfransda Agentliyin sədr müavini İlham Bayramov deyib.

O bildirib ki, vətəndaş müraciətlərinin sadələşdirilməsi məqsədilə yeni imkanlar yaradılır. 

“Agentliyin vahid 955 çağrı mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir və ilin əvvəlindən indiyədək 631 mindən çox müraciət qəbul edib”, o bildirib.

Aytac Zeynalova

Seçilən
9
anews.az

1Mənbələr