AZ

Bakının Lütfi Zadə küçəsini qurd BASIB - FOTOLAR

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Lütfi Zadə küçəsini qurd basıb.

 

Bu barədə Pravda.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

 

Onların sözlərinə görə, qurdlar hətta evlərin içərisinə də daxil olur, ətrafdakı yaşıllıqlara, iri gövdəli ağaçlara zərər verir.

 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Nərmin Bədəlzadə Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib və bu qurdlar Ağ Amerika kəpənəyinin tırtılları olduğu müəyyən edilib:

 

“Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri aparılır. Qeyd edilən əraziyə də ən qısa zamanda baxış keçirib, tədbir görüləcək”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 30 Sentyabr 2025, 16:05   
Seçilən
96
pravda.az

1Mənbələr