AZ

Nikol Paşinyan: Bu, Azərbaycanın nailiyyətidir

BAKI, 30 sentyabr. TELEQRAF

“Artıq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub”.

Teleqraf xəbər verir ki, bunu AŞPA-da çıxışında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Mən söyləyə bilmərəm ki, bu, təkcə Ermənistan hökuməti və erməni xalqının nailiyyətidir, bu, eyni dərəcədə həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqının nailiyyətidir. Belə olmasaydı, sülh də olmazdı. Bu, eyni dərəcədə həm Ermənistan, həm də Azərbaycan parlamentinin nailiyyətidir”, - o qeyd edib.

Seçilən
7
1
teleqraf.com

2Mənbələr