AZ

Azərbaycan-İran sərhədini pozanƏFQANISTAN VƏTƏNDAŞLARI SAXLANILIB

Dövlət sərhədini pozan şəxslər saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Senzor.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

 

DSX-nın Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

 

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları – 2001-ci il təvəllüdlü Əhmədi Enamullah Əbdülqafar və 2002-ci il təvəllüdlü Taimani Cavid Muhəmmədəzim saxlanılıblar.

 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

Seçilən
23
17
senzor.az

10Mənbələr