AZ

Azərbaycanla Türkiyə insan hüquq və azadlıqlarını müzakirə edib



Konstitusiya Məhkəməsində Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK)-in sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Newscenter.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, sədr Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycan – Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlət" tezisinə əsaslandığını bildirib.

Sədr vurğulayıb ki, iki qardaş ölkə arasında sarsılmaz münasibətlər Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir. Böyük geosiyasi və iqtisadi potensiala malik dövlətlərimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib.

Daha sonra Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun yüksək qonaqpərvərliyə görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edib. O bildirib ki, ölkələr arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlıq qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edəcək.

Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, insan hüquq və azadlıqlarının qorunması və digər hüquqi məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Süleyman
Seçilən
14
5
newscenter.az

10Mənbələr