AZ

Paşinyan: Azərbaycanla sülhün bərqərar olması tarixi hadisədir

8 avqust 2025-ci il tarixinədək Ermənistan və Azərbaycan sülhə nail olmaq və dövlətlərarası münasibətlərin qurulması üçün bir sıra addımlar atıb, lakin ABŞ Prezidentinin iştirakı olmadan indiki nəticəyə nail olmaq mümkün olmayıb.

Xezerxeber.az-ın “Armenpress”ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasındakı çıxışında bildirib.

“ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlı bəyannamə qəbul edilib. Prezident Tramp da şahid olaraq bu bəyannaməni imzalayıb”, - Paşinyan deyib.

Ermənistanın Baş naziri sülhün bərqərar olmasını tarixi hadisə adlandırıb.

O qeyd edib ki, bu, təkcə Ermənistan hökumətinin və xalqının deyil, həm də Azərbaycan hökumətinin və xalqının nailiyyətidir:

“Sülh tətil və ya istirahət deyil, sülh gündəlik işdir. Sülh yeni doğulmuş bir körpə kimi gündəlik qayğı tələb edir. Bu gün yeni doğulmuş sülhümüz 1 ay 22 günlükdür və biz onu qorumalı, sevməli və ona qayğı göstərməliyik ki, böyüsün və Cənubi Qafqaz regionumuzun çiçəklənməsinə töhfə versin”.

Seçilən
7
5
xezerxeber.az

6Mənbələr