AZ

Cabir İmanov dəfn edildi - YENİLƏNİB

Əməkdar artist Cabir İmanov dəfn edilib.

Redaktor.az xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Cabir İmanovla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzində keçirilib.

***

Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

Redaktor.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

***

Əməkdar artist Cabir İmanovla vida mərasimi başlayıb.

Redaktor.az xəbər verir ki, vida mərasimi hazırda Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilir.

Mərasimdə Cabir İmanovun yaxınları, sənəd adamları və ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.

C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1992–2001-ci illərdə "Parni iz Baku" şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Seçilən
36
36
redaktor.az

10Mənbələr