“Lockheed Martin” şirkəti və Pentaqonun (ABŞ Müharibə Nazirliyi) F-35 Birgə Proqram Ofisi 296 ədəd yeni F-35 qırıcısının istehsalı və çatdırılmasını əhatə edən müqavilə (18 və 19-cu Lotlar) üzrə yekun razılığa gəlib.
“Lockheed Martin” şirkəti və Pentaqonun (ABŞ Müharibə Nazirliyi) F-35 Birgə Proqram Ofisi 296 ədəd yeni F-35 qırıcısının istehsalı və çatdırılmasını əhatə edən (18 və 19-cu Lotlar) müqaviləni imzalayıb.
“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, müqavilə çərçivəsində çatdırılmalar 2026-cı ildən başlayacaq.
Bu, həm ABŞ-ın hərbi hazırlığını gücləndirəcək, həm də müttəfiq ölkələr və Xarici Hərbi Satış (FMS) müştərilərini dəstəkləyəcək.
Müqavilə həmçinin təyyarənin növbəti inkişaf mərhələsi olan Block 4 imkanlarına keçidi dəstəkləyir. Block 4 təkmilləşdirmələri 80-dən çox yeniliyi əhatə edir: təkmilləşdirilmiş radar və sensorlar, genişlənmiş silah inteqrasiyası, inkişaf etmiş elektron müharibə sistemləri və daha güclü məlumat sistemləri.
Qeyd edək ki, hazırda 12 ölkə tərəfindən istismar olunan 1230-dan çox F-35 təyyarəsi ümumilikdə 1 milyon uçuş saatını geridə qoyub.