AZ

Avtobus qiymətləri artdı, bəs taksilərdə necə olacaq? – MÜHÜM AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Qərara əsasən, metro və marşrut avtobuslarında gediş haqqı 60 qəpik təşkil edəcək. Bəs, avtobus qiymətləri artdıqdan sonra taksi şirkətləri qiymət siyasətini dəyişməyə meylli olacaqmı?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlama verib. O, bildirib ki, avtobus qiymətlərinin artması fonunda taksi şirkətlərinin qiymət siyasətində dəyişiklik etməsi ehtimalı var:

İkinci

“Taksi şirkətləri çalışacaq ki, bu fürsətdən istifadə etsinlər. Amma buna imkan vermək olmaz. Çünki yeni dərs mövsümü başlayanda artıq taksi qiymətlərində artım olub. Bu, dəyişən tarifdir. Avtobuslarda qiymətin dəyişməsindən sonra taksilərdə qiymətlərin dəyişməsinə ümumiyyətlə ehtiyac yoxdur”.

Ekspertin sözlərinə görə, müvafiq qurumlar bu sahəyə nəzarət etməli, bəzi taksi şirkətlərinin yaranmış vəziyyətdən sui-istifadə etməsinin qarşısını almalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
25
konkret.az

1Mənbələr