AZ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda nəqliyyat-tranzit layihələrinə baxış keçirib

İİTKM-in nümayəndələri “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”çərçivəsində icra olunan tədbirlərin monitorinq və qiymətləndirilməsi məqsədilə regionlara səfər ediblər. 

XQ xəbər verir ki, monitorinq qrupu Qusar rayonunda «Samur» dövlət sərhədindən buraxılış məntəqəsində mövcud infrastrukturun yenilənməsi və yeni gömrük terminallarının inşası, «Şirvanlı» dövlət sərhədindən buraxılış məntəqəsinin əsaslı təmir və yenidən qurulması, Xaçmaz rayonunda “Yalama” dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd mühafizə və gömrük orqanları tərəfindən səmərəli nəzarətin həyata keçirilməsi məqsədilə infrastrukturun təkmilləşdirilməsi, məntəqələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin həyata keçirilməsi işlərinə baxış keçiriblər. 

Bununla yanaşı, Bakı şəhərində Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18-ci km) avtomobil yolunun tikintisi və istismara verilməsi ilə bağlı monitorinq aparılıb.

Yevlax, Qazax, Ağstafa rayonlarına səfərdə isə Yevlax-Böyük Kəsik sahəsində 7 qəbul-göndərmə yolunun əsaslı təmiri, “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində infrastrukturun təkmilləşdirilməsi, yeni gömrük terminallarının (ticarətin asanlaşdırılması mərkəzlərinin) inşası, “Böyük Kəsik” dövlət sərhəddindən buraxılış məntəqəsində dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin həyata keçirilməsi, “Böyük Kəsik” dəmiryol dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi işlərinə baxış keçirilib. 

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun yaxşılaşdırılması, institusional və struktur islahatlar ölkəmizin haba çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Səfərdə İİTKM-lə yanaşı, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi , “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyatı Əlaqələndirmə Şurasının əməkdaşları iştirak ediblər. 

Seçilən
0
3
xalqqazeti.az

4Mənbələr