AZ

Respublika stadionunda ÇL öncəsi dəyişikliklər Video

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ” – “Kopenhagen” matçının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda bir sıra dəyişikliklər olub.

“Qafqazinfo” xəbər verir ki, arenada tribunalara işğaldan azad edilmiş rayonların adları verilib. 

Həmçinin arenanın qapı arxası tribunalarında “Qarabağ” klubunun adı yazılıb. 

VİP və media oturacaqlarının sayı artılıb, həmin ərazi genişləndirilib.

Üstəlik, stadionun arxasında VİP zonada olacaq azarkeşlər üçün yeni yeməkxana inşa edilib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
2
qafqazinfo.az

3Mənbələr