AZ

Prezident Azərbaycan-Kamboca turizm əməkdaşlığına dair Memorandumu təsdiqlədi

BAKI, 30 sentyabr. TELEQRAF

Prezident İlham Əliyev 2025-ci il iyulun 21-də Pnompen şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumunun” təsdiq edilməsi barədə Fərman imzalayıb.

Teleqraf xəbər verir ki, sənədə əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi təmin edəcək.

Bununla yanaşı, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlandığı barədə Kamboca Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Seçilən
38
25
teleqraf.com

10Mənbələr