Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də ABŞ-yə səfər edəcək.
Gundem.az xəbər verir ki, bu barədə məlumatı QMİ-nin Mətbuat Xidməti yayıb.
İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq QMİ sədri ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.
Şeyxülislamın ABŞ-yə səfəri çərçivəsində Vaşinqtonda dinlə bağlı qurumlarda, habelə Senat və Konqres üzvləri ilə görüşləri nəzərdə tutulur.
QMİ sədrinin Nyu-Yorkda BMT rəsmiləri, “Dinlər Sülh uğrunda” Təşkilatı və “Vicdana çağırış” Fondunun rəhbərləri və başqaları ilə görüşləri də planlaşdırılır.