AZ

Paşinyan: Ermənilərin Qarabağa qayıdışını sülh prosesi üçün təhlükəli hesab edirəm

Ermənilərin Qarabağa qayıdışının real olduğunu düşünmürəm. Bu, çox riskli məsələdir.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı bildirib.

“İnsanlar tez-tez məndən ermənilərin Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar. Düzünü desəm, mən bunun real olduğunu düşünmürəm. Eyni zamanda, mən bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm”, - o deyib.

N.Paşinyanın sözlərinə görə, Qarabağdan gələn ermənilər Ermənistanda qalmalıdırlar və artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb.

Seçilən
16
9
xezerxeber.az

10Mənbələr