AZ

Ayvazyanın “strateji səbr” çağırışı

Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan “Alternativ layihələr” qrupunun təqdim etdiyi yazısında ölkənin mövcud vəziyyətinə dair fikirlərini bölüşüb.

Musavat.com xəbər verir ki, revanşist Ayvazyanın sözlərinə görə, Ermənistanın qarşısında duran əsas seçim “tam kapitulyasiya ilə barışmaq” və ya “strateji səbr və sarsılmazlıq siyasəti”ni həyata keçirməkdir.

Onun fikrincə, Ermənistanın indiki hakimiyyətinin atdığı addımlar – Türkiyə ilə münasibətlərin normallaşdırılması cəhdləri, Azərbaycana birtərəfli güzəştlər və Rusiyadan məsafələşmə siyasəti – yeganə çıxış yolu kimi təqdim olunsa da, əslində, bu kurs Ermənistanı daha da dalana salır.

Ayvazyanın iddiasına görə, Ermənistanın inkişaf yolu “yeni qaydaların müəyyənləşdirilməsi”ndən keçir. O bildirib ki, real alternativ əvvəlcə strateji mövqeni müəyyənləşdirmək, sonra isə konkret addımlar və “yol xəritəsi” hazırlamaqdır.

Erməni keçmiş nazir bu “yol xəritəsi”nin nədən ibarət olduğunu açıqlamayıb.

Ayvazyan açıq şəkildə deyib ki, Ermənistan “istənilən qiymətə barışığa” getməməlidir. Onun “strateji səbr”, “uzunmüddətli müqavimət” və “alternativ yol” kimi ifadələri sülh prosesini uzatmaq, cəmiyyəti yeni qarşıdurmalara hazırlamaq üçün revanşist çevrələrin tezislərini xatırladır.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr