GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynada rusdilli insanların sayının artmasına şübhə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Necə hesablayırlar, görəsən? Hamamlara kameralar quraşdırıb, duşda insanların hansı dildə oxuduqlarını dinləyirlər? Mikrofonla küçələrdə qaçıb, yoldan keçənlərin fikirlərini oxuyurlar?” diplomat qeyd edib.
Bundan əvvəl Ukraynanın dövlət dilinin müdafiəsi üzrə komissarı Yelena İvanovskaya etiraf etmişdi ki, hər gün rus dilində danışan vətəndaşların sayı artır.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.