AZ

Rusiyada yanacaq böhranı kritik həddə çatıb Gömrük rüsumları ləğv edildi

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avrasiya İqtisadi Komissiyasının Şurası 2026-cı il iyunun 30-dək avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, dəniz yanacağı və digər yanacaq növlərinə idxal gömrük rüsumlarının ləğv edilməsinə qərar verib. 

Bu barədə “AzPolitika” yerli mediaya istinadla məlumat verir.

Qərarın əsas məqsədi – yerli istehsalın azalması və mövsümi tələbatın artması fonunda daxili yanacaq bazarında tarazlığı qorumaqdır. Sənəd rəsmi dərc olunduqdan 10 gün sonra qüvvəyə minəcək.

Son iki ayda Ukraynanın Rusiyanın neft və qaz infrastrukturuna təşkil etdiyi dron hücumları ölkənin yanacaq istehsalına ciddi zərbə vurub. 16 neft emalı zavodu hədəf alınıb və bu da ümumi emal gücünün təxminən 21%-nin itirilməsinə səbəb olub. Nəticədə dizel istehsalı 10% azalıb, 300-dən çox yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb. Sovetsko-Qavanski və Vanino rayonlarında bir çox məntəqə yanacaq çatışmazlığı səbəbilə bağlanıb.

Ust-Luga və Primorsk kimi əsas ixrac limanlarına da ziyan dəyib, bu isə Rusiyanın yanacaq ixracatını çətinləşdirib. Bəzi bölgələrdə, o cümlədən Krımda yanacaq qiymətləri dondurulub və satışa məhdudiyyətlər tətbiq olunub.

Ekspertlərin fikrincə, idxal rüsumlarının ləğvi qiymətlərin sabit saxlanmasına və bazarda çatışmazlığın aradan qaldırılmasına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, Avrasiya İqtisadi Komissiyası Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın daxil olduğu Avrasiya İqtisadi İttifaqının icra orqanıdır. İttifaqın əsas məqsədlərindən biri regionlararası ticarətin inkişafıdır. Bu kontekstdə Komissiyanın qərarı Aİİ daxilində malların sərbəst hərəkətini təşviq etməyə və iqtisadi tarazlığı qorumağa yönəlib.

Ekspertlər bildirirlər ki, bu addım həm Rusiyanın azalan istehsal gücünü kompensasiya etməyə, həm də Aİİ üzv ölkələri arasında ticarət əlaqələrini gücləndirməyə xidmət edir. Bununla belə, mövsümi tələbatın yüksək olduğu dövrlərdə yanacaq çatışmazlığı riski hələ də qalır.

Rasim Əliyev

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
azpolitika.info

1Mənbələr