Prezident Anar İsmayılova general-mayor rütbəsi verdi
Prezident İlham Əliyev Anar İsmayılova general-mayor hərbi rütbəsinin verilməsi barədə Sərəncam imzalayıb.Metbuat.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Polkovnik Anar Müslüm oğlu İsmayılova "general-mayor" ali hərbi rütbəsi verilsin".