AZ

"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" bura gəlmək üçün uzun yol qət edib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu mərhələyə çıxan bütün klublar güclü komandalardır".
Oxu.Az xəbər verir ki, bunu "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
O bildirib ki, "Qarabağ" bura gəlmək üçün uzun yol qət edib:
"Çox güclü oyunçuları var. Klub çox gözəl ötürmələr edir. Mən fikirləşirəm ki, onlar Avropada oynamağa alışıblar".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Murad Həsənov
Seçilən
100
50
oxu.az

10Mənbələr