AZ

Polşa “Şimal axınları” partlayışında şübhəli bilinən ukraynalıya medal verir?

Polşada “Şimal axınları” qaz kəmərlərinin partladılmasında iştirakı şübhə doğuran ukraynalı vətəndaş saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə RMF24 ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, həmin şəxs Almaniya tərəfindən verilmiş beynəlxalq həbs orderi əsasında Pruşkuv şəhərində tutulub və daha sonra Varşava prokurorluğuna təhvil verilib. Yaxın günlərdə onun ekstradisiya proseduruna başlanacağı gözlənilir.

Təqsirləndirilən şəxsin vəkili Timoteyuş Paprotski ekstradisiyanın əsaslı olmadığını bildirib.

Məlumata əsasən, saxlanılan şəxs – dalğıc təlimatçısı Volodimir Juravlyovdur. İstintaqın versiyasına görə, o, 2022-ci ildə şərikləri ilə birlikdə qaz kəmərinə partlayıcı maddə yerləşdirib.

Məlumata əsasən, Juravlyov Polşada yaşayıb və 2024-cü ilin iyununda Almaniya onun barəsində həbs orderi çıxarsa da, saxlanılmayıb. İyulun 6-da o, Polşanı tərk edərək Varşavadakı Ukrayna səfirliyinə məxsus diplomatik nömrəli avtomobillə Ukraynaya gedib. Almaniya tərəfi hesab edir ki, Polşa hakimiyyəti əvvəlcədən onu həbs orderi barədə xəbərdar edib.

Polşanın “Rzeczpospolita” qəzeti isə yazır ki, xarici işlər naziri Radoslav Sikorski qapalı müzakirələrdə Juravlyovu müdafiə edərək ona Polşada sığınacaq verilməsinin və “ordenlə təltif edilməsinin” vacib olduğunu deyib. Nəşrin məlumatına görə, Polşa hakimiyyəti uzun müddət onu saxlamaqdan imtina edib və hətta “qəhrəman” adlandırıb.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr