AZ

Özbəkistan Jurnalistlər İttifaqının sədri Mətbuat Şurasında olub (FOTO)

Bakı. Trend:

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı iləkeçirilən “Rəqəmsal transformasiya və media” mövzusunda IIAzərbaycan–Özbəkistan Media Forumunun iştirakçısı olan ÖzbəkistanJurnalistlər İttifaqının sədri Xolmurad Səlimov Azərbaycan MətbuatŞurasında olub.

Bu barədə Trend-ə Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, qonağı salamlayan MŞ sədri Rəşad Məcid bildiribki, Azərbaycanın və Özbəkistanın media birlikləri arasında əlaqələrdərinləşməkdədir və artıq ikinci dəfə keçirilənAzərbaycan–Özbəkistan Media Forumu münasibətlərin strateji xarakteralmasından xəbər verir. Bunu sevindirici məqam kimi vurğulayanR.Məcid münasibətlərdəki sağlam təməlin bundan sonra daha uğurlunəticələrin əldə olunması üçün baza rolunu oynayacağına əminliyiniifadə edib. O, MŞ-nin Özbəkistan Jurnalistlər İttifaqı iləəməkdaşlığını da ümumi işə mühüm töhfə kimi qiymətləndirib.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov daçıxışında rəhbərlik etdiyi qurumla MŞ-nin sıx təmaslarından sözaçıb və bu baxımdan təşkilatların ötən il aprelin 22-dəimzaladıqları Əməkdaşlıq Memorandumundan söz açıb. O bildirib ki,həmin sənəd çərçivəsində Özbəkistandan Azərbaycana, eyni zamandaAzərbaycandan Özbəkistana media təmsilçilərinin səfərləri təşkilolunmaqdadır. Bu səfərlər həm təcrübə mübadiləsi, həm də getdikcəqloballaşan struktura malik dünya media məkanında ortaq maraq vəmənafelərin qorunmasına müştərək yanaşmanın nümayişinə dəstəknöqteyi-nəzərdən önəmlidir.

Qeyd edək ki, X.Səlimov Özbəkistan Jurnalistlər İttifaqınınfəxri üzvlük vəsiqələrini və döş nişanlarını MŞ sədri Rəşad Məcidəvə Şuranın İdarə Heyətinin üzvü Hacıbəy Heydərliyə təqdim edib.Görüşdə “Azxeber.com” saytının redaktoru Əfsələddin Ağalarova və“Editor.az” saytının baş redaktoru Fərid Şahbazlıya da qurumunfəxri üzvlük vəsiqələri və döş nişanları təqdim olunub.

Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Seçilən
30
4
az.trend.az

6Mənbələr