Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında hansı seçimi edəcəyi haylar üçün böyük məna daşıdığı indi bütövlükdə erməni cəmiyyətində müzakirə mövzusuna çevrilib. İndi ermənilər etiraf edirlər ki, tarixi seçim qarşısındadırlar. Məsələ burasındadır ki, haylar öz ənənələrinə müvafiq şəkildə hələ də ritorikaya daha böyük yer verirlər. Bu da o deməkdir ki, ermənilər indi reallıqla ritorika arasında, seçiç qarşısında qaldıqlarını hamıdan yaxşı bilirlər.
Zərrə qədər ümidləri olmayanlar reallıqla ritorika arasında “oynamaq” kimi seçim edirlər
Diqqətə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda bəyan edib ki, Ermənistan bütün sahələrdə lazımi standartlara nail olsa belə, Avropa Birliyinə qəbul olunmaya bilər. “Biz başa düşürük ki, bundan sonra da Aİ-yə üzv olmaya bilərik, lakin bizim əsas vəzifəmiz Aİ standartlarına cavab verməkdir, çünki biz buna nail olanda bizi qəbul etsələr əla olar, qəbul etməsələrsə bizim öz nəticələrimiz olar”, deyə Nikol Paşinyan bildirib. Əslində, erməni baş nazirin sözlərində bir qədər pafos olsa da, hansısa mənada etiraf kimi də başa düşülür, çünki onun dediklərində birbaşa etiraf ifadə olunur. Beləki, erməni baş nazir açıq şəkildə etiraf edir ki, Ermənistan ən azından Aİ-də xoş qarşılanmır. Paşinyan mahiyyətcə bütün ermənilərə onun özünə çoxdan bəlli olanı çatdırır. Hətta xüsusilə vurğulayır da ki, bütün formal meyarlar və Brüsselin “ev tapşırığı” tam yerinə yetirilsə belə, çox güman ki, Aİ-nin qapıları Ermənistanın üzünə bağlı qalacaq.
Haylar çoxdandır ki, öz qonşularından gördüklərinə də təcrübə olaraq baxırlar, əgər reallığı görmək istəyirlərsə. Məhz onların qonşularının təcrübəsi də Nikolun dediklərini, eləcə də Ermənistanın Aİ qapısından kənarda qalacağını təsdiqləyir. Haylar artıq bilirlər ki, Moldova və Gürcüstan uzun illərdir ki, Avropa yoluna sadiqliklərini nümayiş etdirirlərdə də, onların üzvlük perspektivləri qeyri-müəyyən olaraq da qalır. Belə olan halda, ermənilər başa düşürlər ki, zərrə qədər də ümidləri qalmır və bir növ özlərini sındırmamaq üçün keçirlər başqa şəkildə davranmaqla, manipulyasiya etməyə. Daha dəqiq desək, reallıqla ritorika arasında “oynamaq” kimi seçim edirlər. Elə Nikol Paşinyanın da tutduğu yol bunu təsdiqləyir.
Daha vacib olan iqtisadi kontekstdir və hayların bunu gec də olsa başa düşmələrinin vaxtıdır
Maraqlıdır, əgər hayların zərrə qədər də olsa ümidləri yox idisə, Aİ-yə qəbul olmaq yuxularına belə girən deyildisə, bu fonda məntiqi sual yaranır ki, bəs Ermənistan hökuməti nə üçün 2024-cü ilin aprelində “Aİ-yə üzvlük prosesinin başlanması haqqında” qanunu qəbul etmiş oldu? Axı, baş nazirin özü də indi açıq şəkildə etiraf etsə də, sənəd rəsmi olaraq Avropaya inteqrasiya istiqamətində strateji kursu təsbit etdi. Həqiqətən də burada bir paradoksun olduğu qətiyyən təkzib edilə bilməz. Paradoks ondan ibarətdir ki, ölkə ilkin olaraq son nöqtəsi olmayan yolla getməyi seçib və indi də bunun fərqində olduğu halda, artıq fərqli ritorika dövriyyəyə buraxılıb. Məhz bu şəraitdə “Avropa standartlarına uyğunluq” kimi bir müzakirə real inkişaf proqramından daha çox, siyasi ritorika kimi görünür.
Məsələ burasındadır ki, daha vacib olan iqtisadi kontekstdir. Ən azından hayların bunu gec də olsa başa düşmələrinin vaxtıdır. Artıq pafoslu çıxışlar, hayların hay-küylərinin ölkələrini acınacaqlı durumdan xilas edə bilmədiyini etiraf etməlidir həmin ölkə ictimaiyyəti. Bunu Paşinyan hakimiyyəti də etiraf etməlidir. Etiraf etməlidir ki, məhz Avropa İqtisadi İttifaqı vasitəsilə Ermənistan enerji resurslarına, tranzit marşrutlarına və əmək bazarlarına daha sərfəli və vahid şərtlərlə çıxış əldə edə bilər. Həmin ölkənin hakimiyyəti onu da etiraf etməlidir ki, Aİ Ermənistana oxşar iqtisadi mexanizmlər təklif etmir.
Paradoksal təzahür, siyasi manevr meydanına və ritorika alətinə çevrilən ölkənin təhlükəli oyunları
Yenə də ermənisayağı paradoks özünü göstərir, təzahür edur. Bəli, yenə də hayların ölkəsində paradoksal vəziyyət yaranıb və Ermənistanın Aİ-yə üzvlüyünün qeyri-mümkün olduğunu tam dərk edən rəsmi İrəvan məhz rəsmi şəkildə də Avrointeqrasiya öhdəliyi götürür. Məhz elə bu öhdəliyi götüməklə də özün daha dərin quyunun dibinə salır. Beləki Avropa İqtisadi İttifaqı iqtisadiyyatının əsas parametrlərinin birbaşa asılı olduğu birlik ilə münasibətləri çətinləşdirmək riski ilə üz-üzə qalır. Amma yenə də hansısa hiyləgərliyə əl atıldığı danılmazdır və görünür, yenə də hansısa oyun oynanılır.
Bir çox ekspertlər, siyasətçilər, hətta erməni əsilli politoloqlar belə düşünürlər ki, bu, daha çox strateji seçim deyil, siyasi manevrdir. Avrointeqrasiya daxili və xarici ritorika alətinə çevrilir və onun həyata keçirilməsinə zəmanət olmadan cəmiyyətə “Avropa perspektivi” nümayiş etdirmək üçün bu nəzərdə tutulubdur. İş orasındadır ki, haylar yenə də təhlükəli sulara baş vurmalı olublar və yenə də təhlükəli oyunlar oynamaqdadırlar. Təhlükə isə ondan ibarətdir ki, birində mövqeyini zəiflətməklə, digərinə isə hələ də daxil ola bilməməklə, Ermənistan artıq iki inteqrasiya bloku arasında qala bilər.
Həqiqətən də məntiqi suallar biri-birini əvəz edir və görəsən bu sualları erməni cəmiyyəti, yaxud da həmin ölkə hakimiyyəti öz-özünə verirmi? Görəsən anlaşılırmı ki, bu gün Ermənistan kimi rəzil, səfalət içərisində olan bir ölkənin qarşısında duran əsas sualın nədən ibarət olduğu kimlərisə narahat edirmi? Doğrudanmı, ilkin olaraq üzvlük nəzərdə tutulmayan və sadəcə bəyannamə olaraq qalan siyasi layihə naminə sabit əlaqələri məhv etməyə və real iqtisadi qazancları riskə atmağa dəyərmi və buna rəvac verməyə nə ad qoymaq olar? Reallıq və ritorika seçimi qarşısında qalmaq demək zənnimizcə, yanlışlıq olmaz…
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.