AZ

Kiyevdən Moskvaya təhdid - Artıq Rusiyada təhlükəsiz yer qalmayacaq…


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyadakı hərbi hədəflərə qarşı hücumların artacağını bəyan edib. Sibiqa bildirib ki, "Bu gündən etibarən Rusiyada təhlükəsiz sığınacaq qalmayacaq. Ukrayna silahları artıq istənilən rus hərbi hədəfini vurmaq iqtidarındadır".

Ukraynanın xarici işlər naziri bu açıqlamanı ABŞ-ın xüsusi nümayəndəsi Keyt Kelloqun “Vaşinqton Ukraynanın Rusiyanın dərinliklərinə hücumlarına məhdudiyyət qoymur” bəyanatından sonra verib.

Bu bəyanat həmçinin, Qərb müttəfiqləri tərəfindən Ukraynaya hərbi dəstəyin artırılmasının ardından gəlib. Bu yaxınlarda müxtəlif Qərb ölkələri Ukrayna ordusunun mənzilini və imkanlarını artıracaq silah sistemləri təqdim etməyi öhdələrinə götürüblər.

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna xarici işlər naziri Sibiqanın Rusiya daxilindəki hədəfləri təhdid etməsinə münasibət bildirib. O, mətbuat konfransında "Biz tez-tez belə sözlər eşidirik, lakin cəbhə xəttində vəziyyət çox fərqlidir" deyib.

TAHİR

Seçilən
5
baki-xeber.com

1Mənbələr