AZ

NASA Ayda kənd salmağı planlaşdırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ kosmik agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd salmaq niyyətindədir.
Oxu.Az-ın "Daily Mail"ə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyin rəhbəri vəzifəsini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində bildirib.
O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların olduğu bütöv bir kənd yaratmaq istəyir. Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.
2026-cı ilin fevralında NASA "Artemida-II" missiyasını işə salmağı və 50 ildən sonra Aya ilk səfərə dörd astronavtı göndərməyi planlaşdırır.
Bu dəfə Aya eniş planlaşdırılmasa da, kosmik agentliyin son məqsədi orada kənd salmaqdır. Onun nüvə enerjisi ilə işləyəcəyi, daimi olaraq astronavtları yerləşdirməyə qadir olacağı və Ayın səthində tapılan materiallardan tikiləcəyi gözlənilir. O, əlavə edib ki, NASA Ayda kənd saldıqdan sonra Marsa eniş istiqamətində böyük addımlarla irəliləməyi planlaşdırır.
Seçilən
10
10
oxu.az

7Mənbələr