AZ

“Cabir İmanovun ölümü həyatın gerçəkliyinə yox, yalanına ümid etdirdi” - Murad əzimzadə

Tanınmış aparıcı Murad Əzimzadə sosial şəbəkədə mərhum aktyor Cabir İmanovla bağlı ürək sözlərini paylaşıb.

News365.az xəbər verir ki, O, Cabirin qəfil vəfatının həyatın gözlənilməzliyini bir daha üzə çıxardığını vurğulayıb.

“Özümü dünəndən birtəhər hiss edirəm… Cabir İmanovun qəfil ölümü ölümün gözlə qaş arasından da yaxın olduğunu xatırlatdı. İnsan arzularının və həyat eşqinin ucsuz-bucaqsızlığında 49 yaş, 49 il nədir ki?!” – deyə Murad Əzimzadə bildirib.

O, Cabirin yaradıcılıq səviyyəsi, dünyəvi intellekti, mədəniyyəti, iti yumor hissi və mərd xarakteri ilə diqqət çəkdiyini qeyd edib:

“Cabir İmanovu şəxsən tanıyanlar və ya onunla bir dəfə ünsiyyət quranlar onun ölçüyə sığmaz yaradıcılığını, fərqli yumorunu və mərd xarakterini təsdiq edərlər. Ölüm həyatın tək gerçəyidir, amma elə adamlar var ki, onların ölümü vaxtsız olur. Ruhun şad olsun, Cabir!”

Murad Əzimzadə paylaşımında həm də insanın itkilər qarşısında duyduğu dərdi və kədəri ifadə edib.Tanınmış aparıcı Murad Əzimzadə sosial şəbəkədə mərhum aktyor Cabir İmanovla bağlı ürək sözlərini paylaşıb. O, Cabirin qəfil vəfatının həyatın gözlənilməzliyini bir daha üzə çıxardığını vurğulayıb.

“Özümü dünəndən birtəhər hiss edirəm… Cabir İmanovun qəfil ölümü ölümün gözlə qaş arasından da yaxın olduğunu xatırlatdı. İnsan arzularının və həyat eşqinin ucsuz-bucaqsızlığında 49 yaş, 49 il nədir ki?!” – deyə Murad Əzimzadə bildirib.

O, Cabirin yaradıcılıq səviyyəsi, dünyəvi intellekti, mədəniyyəti, iti yumor hissi və mərd xarakteri ilə diqqət çəkdiyini qeyd edib:

“Cabir İmanovu şəxsən tanıyanlar və ya onunla bir dəfə ünsiyyət quranlar onun ölçüyə sığmaz yaradıcılığını, fərqli yumorunu və mərd xarakterini təsdiq edərlər. Ölüm həyatın tək gerçəyidir, amma elə adamlar var ki, onların ölümü vaxtsız olur. Ruhun şad olsun, Cabir!”

Murad Əzimzadə paylaşımında həm də insanın itkilər qarşısında duyduğu dərdi və kədəri ifadə edib.

News365.az 

Seçilən
5
news365.az

1Mənbələr