AZ

Tramp HƏMAS-a vaxt verdi


“HƏMAS-ın Amerikanın Qəzza zolağında nizamlanma planına cavab vermək üçün 3-4 gün vaxtı var”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində cavab müddətini şərh edərkən bildirib.
Tramp həmçinin bildirib ki, HƏMAS razılaşmanı rədd edərsə, İsrail üzərinə düşəni edəcək.
“HƏMAS-ın sülh təklifini qəbul etməsini gözləyirik”, - Amerika lideri əlavə edib.
Tramp həmçinin qeyd edib ki, HƏMAS təklifi qəbul edərsə, 72 saatdan gec olmayaraq, bütün qalan girovların dərhal azad edilməsini təmin edəcək.
Seçilən
21
4
yeniavaz.com

6Mənbələr