AZ

Azərbaycanla Kamboca turizm sahəsində əməkdaşlıq edəcəklər

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev 2025-ci il iyulun 21-də Pnompen şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu" təsdiq edib.

Oxu.Az bu barədə President.az-a istinadən xəbər verir.

Prezidentin imzaladığı müvafiq fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərmək həvalə olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
2
oxu.az

10Mənbələr