"Kopenhagen" sabah Çempionlar Liqasının 2-ci tur matçında "Qarabağ"ın qonağı olacaq.
"Football-plus.az" xəbər verir ki, Danimarka təmsilçisinin baş məşqçisi Yakob Neestrup oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Stadionun ot örtüyünün vəziyyəti necədi?
- Daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq, vəzifəmiz qələbə qazanmaqdı. İdeal olmasa da, normaldı. Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq.
- Rəqib barədə nə deyə bilərsiz?
- Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdü. Şərtlər hər iki komanda üçün bərabərdi. Onlar da bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. "Ferentsvaroş" kimi klubu keçmələri çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. "Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta