AZ

“Şərtlər hər iki tərəf üçün bərabərdir” – “Kopenhagen”in baş məşqçisi

UEFA Çempionlar Liqasının II turunda sabah “Qarabağ”la qarşılaşacaq “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup oyunöncəsi mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli əvvəlcə stadionun ot örtüyü barədə danışıb:

“Daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq, vəzifəmiz qələbə qazanmaqdır. İdeal olmasa da, normaldır. Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq.

Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdür. Şərtlər hər iki tərəf üçün bərabərdir. Onlar buraya gəlmək üçün uzun yol qət ediblər. “Ferensvaroş” kimi klubu keçmələri çox şeyi göstərir. Yaxşı futbol oynayırlar. “Qarabağ”ın güclü hücumçuları və mərkəz müdafiəçiləri var.”

Seçilən
32
5
idmanxeber.az

10Mənbələr