AZ

Paşinyan AŞPA-da sülh sazişindən danışdı - "...Azərbaycan dövlətinin və xalqının nailiyyətidir"


Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edib.

Erməni mətbuatı yazır ki, Paşinyan Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş sülhü yüksək qiymətləndirdiyini bildirib: “Əldə etdiyimiz yeni sülhün bu gün 1 ay 22 günü tamam olur. Biz bu sülhün qayğısına qalmalıyıq, qorumalıyıq ki, daha da möhkəmlənsin”.

Sülhün əldə olunmasında Azərbaycanın rolunu xüsusi qeyd edən Paşinyan deyib: “Mən məmnunluqla qeyd edirəm ki, bu gün Ermənistan ilə Azərbaycan arasında sülh var. Amma mən deyə bilmərəm ki, bu yalnız Ermənistan hökumətinin və erməni xalqının xidmətidir. Bu, eləcə də Azərbaycan dövlətinin və Azərbaycan xalqının nailiyyətidir. Əgər Azərbaycan tərəfinin də əzmi olmasa idi, sülh də olmazdı. Bu, eyni zamanda, Azərbaycan və Ermənistan parlamentlərinin nailiyyətidir”.

ZÜMRÜD

Seçilən
20
2
baki-xeber.com

3Mənbələr