AZ

“Z nəsli” daha bir ölkədə inqilab elədi Sırada regionumuz var?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Madaqaskarda sentyabrın 25-də elektrik enerjisinin və suyun kəsilməsinə qarşı başlanan nümayişlər fonunda ölkə prezidenti Andry Rajoelina hökumətin buraxıldığını elan edib.

Madaqaskarda baş verənlər indiki məqamda diqqət çəkir. Əsas detal etirazçıların əksəriyyətinin “Z nəsli” olmasıdır. Məlum olduğu kimi, Nepalda da gənclər sosial şəbəkələrdə təşkilatlanıb hökuməti devirmişdi.

Nepalda inqilab baş verərkən demişdim ki, bu, adi etiraz və ya inqilab deyil, daha böyük planın tərkib hissəsidir. Xüsusilə də verilən mesajlar, “Z nəsli”nin əsas qüvvə kimi səhnəyə çıxması, prosesin digər ölkələrə sıçrama ehtimalı yüksəkdir. “Z nəsli dayanmayacaq” ifadəsi Madaqaskarın timsalında da özünü doğrultdu. Göründüyü kimi, bu yalnız Nepal, Madaqaskar üçün deyil, bütün dünya üçün ciddi xəbərdarlıqdır.

Ümumiyyətlə, bu proses sosializm öncəsinə çox bənzəyir. Belə ki, həmin dövrdə də cəmiyyətlərdəki əsas narazılıq mülkiyyətin və gücün az sayda insanın əlində cəmlənməsi ilə bağlı idi. Kütlələr özlərini sistem daxilində təmsil olunmamış, kənarda qalmış, səsi eşidilməyən hiss edirdilər. Həmin dövrdə də bu narazılıq konkret ideoloji forma almamışdı. Yəni hələ marksizm sistemli təklif olaraq ortaya çıxmamışdı. Bu sadəcə köhnəyə, ədalətsizliyə, imtiyaza qarşı bir yığılmış qəzəb, etiraz idi və yeni nəsil tərəfindən ifadə olunurdu.

İndi də biz eyni enerjini görürük. Sadəcə bu dəfə texnologiya və informasiya axını prosesi sürətləndirir. “Z nəsli” özünü ideoloji sistemlərə bağlamır. Bu da onu sosializm öncəsi narazı kütlələrlə birləşdirən cəhətdir. Sistem sadəcə onları maddi deyil, mənəvi baxımdan da boğur. Dediyim kimi, bu nəsil nəzarəti təhdid kimi görür, çünki nəzarət onlara alternativ gələcək və ya identiklik təqdim etmir.

Sosializm öncəsi dövrlərdə olduğu kimi, burada da əsas məsələ yalnız aclıq və ya kasıblıq deyil, təmsil olunmamaq, gələcəyin əlindən alınması və bunun dəyişdirilə biləcəyinə olan inamın qığılcımıdır. Bu qığılcımı indi sosial media verirsə də, bir zamanlar qəzetlər, kiçik fəhlə dərnəkləri və intellektual müzakirələr verirdi. Alət dəyişib, hiss və impuls eyni qalıb.

Mənə görə ən vacib paralel isə köhnə sistemlərin cavab verə bilməməsidir. Onlar ya zorakılıqla susdurmağa çalışır, ya da kosmetik dəyişikliklərlə prosesi gecikdirir. Bu isə yenə də sosializm öncəsi dövrün ümumi atmosferini xatırladır.

Hələlik proses dünya ictimaiyyətinin diqqətindən kənarda olan ölkələrdə gedir. Daha doğrusu, Nepal və Madaqaskar bir testdir. Cəmiyyətin yeni nəsli necə təşkilatlanır, necə qəzəblənir və nə qədər irəli gedə bilər – bütün bu suallara cavab axtarılır. Doğru şərait və emosional impulsla bu nəsil köhnə strukturları silkələmək gücündədir.

“Z nəsli” etirazları hər nə qədər sosializm öncəsi dövrü xatırlatsa da, nə sağa, nə sola, nə də klassik ideoloji sistemlərə tam mənada bağlıdır. Özlərini təmsil olunmamış hiss edirlər, öz dilləri və dünyagörüşləri var. Bu isə mövcud rejimlə ziddiyyət yaradır.

“Z nəsli” etirazları Nepal ya da Madaqaskarda yaşanır, amma tendensiyanın bizə yaxın coğrafiya və ölkələrə sıçraması da mümkündür. Mənə görə, Türkiyə və İran buna çox münasibdir.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
globalinfo.az

2Mənbələr