AZ

ADSEA Bakı KOB Evində sahibkarlarla görüş keçirib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vətəndaşlar və sahibkarlarla növbəti görüşü keçirilib.

APA-Economics” xəbər verir ki, tədbir çərçivəsində “KOB-ların yaşıl keçidi: Su resurslarının səmərəli istifadəsi, KOB-larınyaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrəBirgə Bəyannamənin, “Su həyatdır” layihəsinin, ADSEA tərəfindən göstərilənxidmətlər barədə bukletlər, məlumat kitabçalarıvə Brayl əlifbası ilə hazırlanmış kitabçanın, qaydalar və qoşulma prosesləri barədə video-rolikin təqdimatı həyata keçirilib.

Tədbirdə həmçinin kənd təsərrüfatında fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə, Su şəbəkəsinə qoşulmalar üzrə cari dövrün hesabatları, ADSEA tərəfindən göstərilən xidmətlərin KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqi üsulları təqdim olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan ADSEA sədrinin müavini İlham Bayramov ADSEA-nın, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov KOBİA-nın su təchizatına qoşulma istiqaməti üzrə fəaliyyəti barədə çıxış ediblər.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev su resurslarının səmərəli istifadəsi və KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməni, “SmartNation” İnsan İnkişafı platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova “Su həyatdır” layihəsini, “İrrigaton.az” platformasının təsisçisi Fuad İbadov kənd təsərrüfatında fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə fiikirlərini, AzərbaycanDövlət Su Ehtiyatları Agentliyinin Texniki şərtlərin hazırlanması və abonentlərlə işin təşkili şöbəsinin müdiri Yusif Əhədi suşəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin Stratejiinkişaf sektorunun müdiri Nicat Əhmədli su şəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, Xidmətin Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin müdiri Vüqar Bayramov ADSEA tərəfindən göstərilən xidmətlərin KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqini, Xidmətin Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin “ASAN Xidmət” və KOB Evləri ilə işin təşkili və müraciətlərin qəbulu sektorunun müdiri Bəhruz İsrafilov ADSEA tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Brayl əlifbası ilə hazırlanmış kitabçanı, Xidmətin İctimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinin müdiri Ceyhun Musayev Qaydalar və qoşulmaprosesləri barədə video-roliki təqdim ediblər.

Seçilən
23
13
apa.az

10Mənbələr