AZ

Türkiyə Qəzza ilə bağlı QƏRAR VERDİ: Bundan sonra Ankara da… 

Türkiyə İsrail və Həmas arasında Qəzzada atəşkəslə bağlı danışıqlara rəhbərlik edən vasitəçilər toplantısına qatılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.

Onun sözlərinə görə, Doha sülh prosesinə və anklavın yenidən qurulmasına dəstəyini davam etdirir. O qeyd edib ki, Qətər İsrailin Dohada Həmas liderlərinə hücumundan sonra ABŞ-ın verdiyi təhlükəsizlik zəmanətindən razıdır.

Bu arada, Əl-Cəzirə telekanalının məlumatına görə, Həmas nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın Benyamin Netanyahunun dəstəklədiyi müharibəni bitirmək üçün hazırladığı 20 bəndlik plandan xəbər tutub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr