AZ

Klopp bir də məşqçilik etməyəcək? - Qayıtsam, hamı deyəcək ki...

"Red Bull" şirkətinin qlobal futbol şöbəsinin rəhbəri Yurgen Klopp məşqçiliyə qayıtmaq niyyətində olmadığını bildirib.

Publika.az xəbər verir ki, 58 yaşlı alman mütəxəssis bunu "The Athletic"ə verdiyi müsahibəsində açıqlayıb. Klopp etiraf edib ki, ötən mövsüm "Liverpul"un oyunlarını televiziya qarşısında səbirsizliklə gözləməyib və ümumiyyətlə, artıq məşqçi işləmək istəmir:

"Liverpul"un oyunundan çox razı qaldım. Bir neçə matça baxdım. Amma mən emosianal reaksiya vermədim: "Oo, bu gün şənbədir!" Bilirdim ki, oyunlar nə vaxt başlayır, sadəcə dincəlirdim. İdmanla məşğul olur, ailə ilə vaxt keçirirdim. Yenidən işləməyə başlayacağımı bilirdim, amma məşqçi olaraq qayıtmaq istəmirdim".

Bununla belə, Klopp gələcəkdə fikrini dəyişərək məşqçiliyə qayıda biləcəyini də əlavə edib:

"İndi belə düşünürəm. Amma dəqiq bilmək olmur. Mənim 58 yaşım var. Əgər 65 yaşımda məşqçiliyə qayıtsam, hamı deyəcək ki, "Sən demişdin ki, bir də etməyəcəksən!" Bağışlayın, mən bunu deyəndə 100% əmin idim! İndi belə düşünürəm. Heç nə üçün darıxmıram".

Seçilən
8
publika.az

1Mənbələr