AZ

ADSEA: Su infradtrukturunun yaxşılaşdırılması ilə bağlı donorlarla danışıqlar aparılır, müsbət nəticələr var

BAKI, 30 sentyabr. TELEQRAF

Azərbaycanda su infrastrukturunun yaxşılaşdırılması ilə bağlı donorlarla danışıqlar aparılır, müsbət nəticələr var və mərhələlərlə müqavilələrin bağlanması və onların infrastrukturun yaxşılaşması ilə bağlı investisiyalara cəlb olunması təmin olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında infrastrukturun yaxşılaşması, yenilənməsi ilə bağlı demək olar ki, bütün donor təşkilatları ilə - Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Asiya İkişaf Bankı ilə danışıqlar aparlıb, artıq müəyyən müqavilələr imzalanıb:

“Gəncə və Şəkidə i̇nfrastrukturun yaxşılaşması, müəyyən hissələrdə yenidən qurulması ilə bağlı artıq müqavilələr imzalanıb, işlərə başlanıb”.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr