AZ

Tahir İmanov: Cabir dedi ki, ailəmi sənə tapşırıram

İstər KVN-li, istər KVN-dən sonrakı illərdə bizim həyatımızın mənası yalnız Şuşa olub.

Aktual.az xəbər verir ki, bunu əməkdar artist Cabir İmanovla vida mərasimi zamanı onun qardaşı Tahir İmanov deyib.

"Çünki təməlimiz bəstəkar Süleyman Ələsgərov tərəfindən belə qoyulmuşdu. Eşq olsun bizi Qarabağa gətirən, müzəffər Ali Baş Komandanımıza. İnanın ki, müharibə başlayan gün Cabir özünə yer tapa bilmirdi. Bunu birinci dəfədir açıqlayıram. Anam da, atam da buradadır. Gəldi dedi ki, ailəmi sənə tapşırıram, mən müharibəyə gedirəm. Bunu həmin o insanlara, həmin o jurnalistlərə deyirəm, bizim dalımızca danışırdılar, deyirdilər ki, "siz kefdəsiniz, amma camaat orda savaşır”. Bəli, camaat savaşır, bəs siz hardan bilirsiniz Cabirin ürəyində nələr var idi? Dedim,Cabir, sən necə deyirsən, elədir. Getdi. Amma dövlətimiz dedi ki, hələ sənin növbən gəlib çatmayıb, Cabir, sən gözləməlisən. Ondan xəbərsiz mən də getdim, amma ona heç nə demədim, çünki bilirdim ki, nəsə olsa, mütləq mənim ailəmə başçılıq edəcək. Biz belə böyümüşük”, - o bildirib.

Seçilən
29
5
ulusum.az

6Mənbələr