AZ

III MDB Oyunları: Taekvondoçumuz finalda - YENİLƏNİB

III MDB Oyunlarının taekvondo yarışlarında 2-ci günün finalçılar bəlli olub.

Apasport.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Vasif Səlimov (68 kiloqram) həlledici mərhələyə vəsiqə qazanıb.

Digər taekvondoçular - Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kiloqram), Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kiloqram), Zemfira Aslanova, Nərmin Ənsəri (hər iki 67 kiloqram), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kiloqram), Rza Əsədli (80 kiloqram) və Xan Məmmədzadə (87 kiloqram) bürünc medal qazanıb.

Qeyd edək ki, ötən gün isə Azərbaycan taekvondoçuları 3 qızıl, 2 gümüş və 6 bürünc əldə ediblər.

****

15:37

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində taekvondo idman növü üzrə yarımfinal yarışlarına start verilib.

APA-nın yerli bürosu xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "Kür" olimpiya idman kompleksində start götürən yarışlarda Azərbaycan yeddi idmançı ilə təmsil olunur.

Beləliklə üçü qadın olmaqla yeddi idmançımız bu gün medal uğrunda mübarizə aparacaq.

III MDB Oyunları: 14 taekvondoçumuz medallar uğrunda mübarizə aparacaq

Ziya Həsənli: “Tarixdə birinci olmaq - möhtəşəm hissdir”

Taekvondoçularımızın zəfərindən FOTOLENT

Taekvondoçularımız medala doymur: 3 qızıl, 2 gümüş, 6 bürünc medal - FOTO+VİDEO

III MDB Oyunları: Daha bir taekvondoçumuz qızıl medal qazanıb

Seçilən
34
5
apasport.az

10Mənbələr