AZ

Lənkəranda regional konfrans keçirilib - FOTOLAR

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzularında regional konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə DQİDK sədri Ramin Məmmədov, Komitənin sədr müavinləri Sahib Nağıyev və Gündüz İsmayılov, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri  iştirak ediblər.

Tədbir öncəsi konfrans iştirakçıları Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər. 

Regional konfrans Dövlət Himninin səslənməsi ilə işinə başlayıb. Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunduğunu, konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və möhkəmləndirilməsi istiqamətində görülən işlərin dini etiqad azadlığına geniş imkanlar açdığını və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldığını vurğulayıb. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu nümunəvi tolerantlıq modeli bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların mədəni müxtəlifliyinə, birgəyaşayış qaydalarına, onların inkişafı və harmonizasiyasına dövlət səviyyəsində qayğı göstərilir. 

Taleh Qaraşov Lənkəranda dini savadlılığının artırılması, sağlam dini maarifçilik işinin aparılması, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq ənənələrinin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və bütövlükdə dini sahədə görülən bütün işlərin məqsədinin milli-mənəvi dəyərlərimizi qorumaq, gənclərimizi sağlam düşüncə ilə yetişdirmək və cəmiyyətimizdə həmrəylik mühitini möhkəmləndirmək olduğunu vurğulayıb.

DQİDK sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan dövlət-din münaibətlərinin unikal modelini yaradıb. Onun sözlərinə görə, bu model yalnız hüquqi və siyasi struktur deyil, həm də dəyərlərin qorunması və inkişafı üçün əlverişli zəmin yaradır, xalqımızın milli-mənəvi ənənələrini qorumaqla yanaşı, onları çağdaş dünyaya uyğunlaşdırmağın yollarını da göstərir.

Komitə sədri Ümummilli Lider Heydər Əliyev tərəfindən dini sahədə formalaşdırılan Azərbaycan modelində dövlət və dinin bir-birini inkar etmədən  qarşılıqlı dəstək və harmoniya şəklində fəaliyyət göstərdiyini, cəmiyyətin həm hüquqi, həm də mənəvi dayaqlarını möhkəmləndirdiyini qeyd edib.

Çıxışlardan sonra “İdeoloji təhdidlərə qarşı maarifləndirmə işinin əhəmiyyəti” və “Vəhdət və həmrəylik: mənəvi dəyərlərimizin tərkib hissəsi”  mövzularında panel müzakirələr aparılıb. 
 

Seçilən
29
50
unikal.az

10Mənbələr