AZ

Broyler toyuqlarının istehlakı məhdudlaşdırılacaq? KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bir sıra qabaqcıl ölkələr insan sağlamlığına zərərli olduğu üçün broyler toyuqlarının istehlakına məhdudiyyətlər tətbiq edib. Maraqlıdır, bu proses gələcəkdə qlobal miqyasda tendensiyaya çevrilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hər bir ölkənin qərarı daxili siyasətindən asılıdır:

“Fermalarda bəslənən broyler toyuqları həyət toyuqlarına nisbətən daha zərərlidir. Onların qidalanmasında süni yemlərdən və müəyyən dərmanlardan istifadə olunur ki, bu da insan orqanizminə mənfi təsir göstərir. Məsələn, Kubada ümumiyyətlə broyler toyuqları qadağandır. Orada yalnız həyətlərdə bəslənən toyuqlardan istifadə edilir və bu toyuqlar şəhərlərə gətirilərək satılır”.

Ekspertin sözlərinə görə, bunun dünyada geniş yayılması üçün alternativ üsullar tətbiq edilməlidir:

“Orqanik toyuqların bəslənməsi sxemləri hazırlanmalı, əhalinin tələbatını ödəmək üçün geniş təsərrüfat sistemləri qurulmalıdır. Çünki broylerlərin istifadəsinin əsas səbəbi məhz insanların yüksək tələbatının həyət toyuqları ilə ödənilməməsidir. Ona görə də qlobal qadağa yalnız ölkələrin daxili qərarlarından asılı olacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
konkret.az

3Mənbələr