“Qarabağ”ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Kopenhagen”lə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Tribunainfo.az 26 yaşlı vingerin fikirlərini təqdim edir:
– Baş məşqçimizin dediyi kimi, hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşı oyunumuzu meydanda göstərək. Stadionumuz gözəldir.
– Sabahkı matçla bağlı proqnozunuz necədir?
– “Kopenhagen” əla komandadır. Bura Çempionlar Liqasıdır. Hər komanda güclüdür. Biz əlimizdən gələnin ən yaxşısını edəcəyik və oyuna maksimum dərəcədə fokuslanacağıq.
– “Benfika” ilə matçdan əvvəl qol vuracağınızı hiss etdiyinizi demişdiniz. Sabah da qol vuracağınızı hiss edirsinizmi?
– Mən oyuna daha çox fokuslanmışam. Sabah necə olacağını görəcəyik. Birlikdə mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq. Ən yaxşısını edəcəyimizə inanıram.
“Qafqazinfo”