ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
“Ukraynanın prezidenti Zelenskinin BMT tribunasından Gürcüstanı nə diplomatik etiketə, nə də dost ölkə prezidentinin davranış qaydalarına sığmayan biabırçı ittihamı faktı qəbuledilməzdir. Reallıqda gördüyümüz kimi, Zelenski Ukrayna xalqını böyük sınaqdan keçirdi və dəhşətli faciəyə başladı. Yüz minlərlə ölümlə yanaşı, milyonlarla insan öz vətənlərini tərk edib və əslində Ukrayna 2022-ci ilə qədər böyük potensiala malik uğursuz dövlətə çevrilib. Mən Gürcüstan vətəndaşı, etnik azərbaycanlı kimi Ukraynanın vaxtı keçmiş prezidentinin Gürcüstana qarşı dediklərini pisləyirəm və onlardan tamamilə uzaqlaşıram”.
Bu barədə Bizimyol.info xəbər portalına “Gürcü arzusu”-nun yaradıcılarından biri, siyasi şuranın keçmiş üzvü, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev danışıb.
Əli Babayev
Əli Babayev Gürcüstan prezidentinin Amerika Birləşmiş Ştatlarına səfərindən söz açıb. Sədr qeyd edib ki, istər BMT-nin yüksək tribunasından çıxışı olsun, istərsə də prezident Trampla görüşündə cənab Prezidentin çıxışı Gürcüstanın bu gün üzləşdiyi çağırışları təqdim etdi.
Əli Babayevin fikrincə, bu söz dünyaya mövcud təhlükələri və xüsusilə, liberal terrorun əsl simasını göstərmək potensialının bariz nümunəsi idi.
“Prezident Kavelaşvili Çarli Kirkin ABŞ-da liberal radikallar tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən çox keçmədən bütün dünyaya Gürcüstandan görünən bütün çağırışları və təhdidləri göstərdi”-deyə Əli Babayev bildirib.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.