AZ

MDB Oyunları: Azərbaycanın stend atıcıları günü 3 medalla başa vurublar  

Azərbaycanın stend atıcıları III MDB Oyunlarında günü 3 medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, son olaraq səngər stendi üzrə qarışıq komanda yarışlarında Mürtəza Novruzlu ilə Nərmin Cəfərova dueti fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Daha əvvəl kişilər arasında dairəvi stend yarışında Cavid Həsənov gümüş, qadınların yarışında isə Daniella Ulanova üçüncü yeri tutub.

Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.

Seçilən
80
1
azerbaijan-news.az

2Mənbələr