AZ

Kreml indi də “Odessa və Nikolayev” deyir Peskovdan həyasız açıqlama

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vladimir Putinin sözçüsü Dmitri Peskovun fikrincə, guya Odessa və Nikolayevdə taleyini Rusiyaya bağlamaq istəyənlər çoxdur, amma bunu deməkdən çəkinirlər.

“AzPolitika” xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında Kremlin Ukraynanın iki böyük şəhərinə iddiasını dilə gətirib: "Əlbəttə, Odessa və Nikolayevdə çoxları var ki, onlar öz taleyini Rusiya ilə bağlamaq istəyirlər. Hazırda bu insanlar çətin ki, bunun lehinə səsini qaldıra bilsinlər - bu, sadəcə olaraq həyat üçün təhlükə yaradır".

Qeyd edək ki, bir gün əvvəl Xerson vilayətinin işğal olunmuş ərazisinin “qubernatoru” Volodimir Saldo bəyan etmişdi ki, Odessa və Nikolayevdə referendum keçirilsə, guya bu bölgələr Rusiyaya qoşula bilər.

Göründüyü kimi, Donbasdakı bataqlıqdan çıxmağa çətinlik çəkən işğalçı dövlət, buna baxmayaraq, daha iki böyük şəhərə də “dil uzadır”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
azpolitika.info

1Mənbələr