AZ

Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə start verib

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət İmtahan Mərkəzi fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

XQ xəbər verir ki, mərkəz şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni bir layihəyə start verib. Dövlət İmtahan Mərkəzində ayda bir dəfə Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələrin təşkil edilməsi nəzərdə tutulur.

İlk görüş sentyabrın 30-da təşkil olunub. Görüşdə iştirak etmək üçün qeydiyyat elektron formada DİM-in saytı vasitəsilə aparılıb.

Budəfəki müzakirə “Buraxılış və qəbul imtahanlarının məzmunu, imtahan proqramları və qaydaları”na həsr olunub. Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, müvafiq struktur bölmələrin rəhbərləri, şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, eləcə də təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri M.Abbaszadə iştirakçıları salamlayıb və öz təşəbbüsləri ilə açıq formada keçirilən görüşə maraq göstərdikləri üçün minnətdarlığını bildirib. Sədr belə görüşlərin ictimaiyyət üçün qəbul kampaniyasının gedişi, onun ayrı-ayrı istiqamətləri, mərhələləri barədə dolğun, dəqiq və etibarlı informasiyanın çatıdırılmasında, eyni zamanda prosesin digər iştirakçılarının fikirlərinin öyrənilib təhlil olunmasında xüsusi rol oynayacağına əminliyini ifadə edib.

Görüş interaktiv formada keçirilib və iştirakçıların sualları əsasında qəbul qaydaları, imtahan modeli, proqrama daxil olunan mövzular, imtahanda istifadə olunan tapşırıqlar və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra şagirdlər və abituriyentlərə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanı yaradılıb. Qeyd edək ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Bu testlərdən sizə uyğun olan peşəni (peşələri) müəyyənləşdirmək üçün istifadə olunur. Siniflər üzrə testlər isə dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması məqsədi daşıyır. Tədbirin əvvəlində iştirakçılar Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi jurnal və qiymətləndirmə kitabları ilə də tanış olublar.

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini [email protected] poçtuna göndərə bilərlər.

Növbəti görüşün oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur. Mövzu və qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
xalqqazeti.az

3Mənbələr