AZ

“Təmiz Şəhər”: 10 mininci nəqliyyat vasitəsi utilizasiyaya verilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Köhnəlmiş və istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Təmiz Şəhər” ASC-nin yaydığı məlumatda bildirilir.

Məlumata görə, ötən ilin oktyabr ayından başlayan utilizasiya prosesinə vətəndaşların böyük maraq göstərməsi nəticəsində cəmi 11 ay ərzində 10 mindən çox nəqliyyat vasitəsi utilizatorlara təhvil verilib.

“Utilizasiyaya verilən 10 mininci nəqliyyat vasitəsinin sahibi Elşən Hümbətov olub və nəqliyyat vasitəsinin təsdiqedici sənədi ona təqdim edilib. Bu günə qədər utilizasiya edilmiş nəqliyyat vasitələrinin təsdiqedici sənədləri əsasında vətəndaşlar 589 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsini güzəştlə əldə edib. Eyni zamanda 803 min manatadək birdəfəlik ödəniş ərizəçilərin bank hesabına ödənilib. Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar www.nvu.gov.az portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi utilizatora təhvil verilməlidir”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunması könüllülük prinsipi əsasında aprılır və məcburi xarakter daşımır. Hazırda “Təmiz Şəhər” ASC tərəfindən reyestrdə qeydə alınmış 3 utilizator Bakı şəhəri, Abşeron rayonu və Gəncə şəhərində fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
6
azertag.az

7Mənbələr