AZ

ADSEA sədrinin müavini: "Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bəzi tikililər var ki, orada yaşayış olmasına baxmayaraq, sudan qanunsuz istifadə edilir:
"Yəni onların heç biri faktiki olaraq abonent deyil, qurumlar tərəfindən su və kanalizasiya xidmətləri göstərilməyib, sayğaclar quraşdırılmayıb. Bu, özlüyündə böyük su itkisinə gətirib çıxarır. Bu səbəbdən də həm itkilərin həcminə böyük təsir göstərir, həm də xidmət səviyyəsini mümkünsüz edir".
İlham Bayramov qeyd edib ki, sözügedən məsələ ilə bağlı sistemli tədbirlər həyata keçirilir:
"Bildiyiniz kimi, artıq bir neçə ildir ki, Bakı şəhərində inşa edilmiş qeyri-yaşayış sahələrinin sənədləşməsi və kommunal xidmətlərə qoşulması istiqamətində mərkəzləşmiş qaydada iş aparılır. Bu gün artıq 16 mindən çox qeyri-yaşayış obyekti bu çərçivədə tam bəlli prosedurlarla, elektron sistemlər vasitəsilə çox şəffaf şəkildə sənədləşdirilib və həm sənədlərlə, həm də kommunal sahədə yeni xidmətlərlə təmin olunub.
Düşünürəm ki, yaşayış evləri ilə bağlı bu istiqamətdə müəyyən layihələr həyata keçiriləcək. Bu məsələ daim gündəmdədir".
Aygün Mirakif
Seçilən
33
50
oxu.az

10Mənbələr