Azərbaycanda texniki suyun həm sənayedə, həm kənd təsərrüfatında istifadəsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, milli su strategiyasında bununla bağlı konkret tapşırıqlar və hədəflər də var:
“Texniki suyun əldə olunması da problem deyil. Texniki su tullantı sularının təmizlənməsi nəticəsində əldə olunur. Təmizlənmənin səviyyəsinə və orada tədbiq olunan standartlara görə bunun mexanizmi və texnologiyası fərqlidir. Lakin qeyd etdiyimiz kimi, yeni su təmizləyici qurğular komplekslərində bu texniki suyun əldə olunması, suyun həm sənayədə, həm kənd təsərrüfatında istifadəsi nəzərdə tutulur. Bununla bağlı artıq hesab bulmalar da var və təhlillər də aparılır.
Lakin, məsələ burasındadır ki, bu təmizləyici qurğularda su təmizləndikdən sonra, yəni o texniki suyun obyektlərə çatdırılması özü böyük bir investisiya tələb edir. Çünki bütün infrastruktur əvvəldən yalnız içməli suyun nəqli və çatdırılmasına xidmət edir və xüsusi bir sənəyə zonalaşması imkanlarımız da məhduddur. Yenidən bu zonalarda suyun verilməsi və yeni infrastrukturun qurulması imkanı məhduddur.
Azərbaycanda dussuzlaşma layihəsi həyata keçirilir və burada da suyun texniki məqsədlərlə istifadəsi mümkün olacaq. Təbii ki, ilk növbədə bu içməli su təminatının ödənilməsində xidmət edəcəkdir. Lakin müəyyən həcmdə də bu, məsələn, Sumqayıt Sənəye Parkında istifadəsi mümkün ola bilər”.