18:30 30.09.2025
18:30 30.09.2025
Oktyabrın 1-dən Bakıda "məktəbli avtobusları" layihəsinin icrasına başlanacaq.
Mynews.az anews.az-a istinadən xəbər verir ki, layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edəcək.
Avtobus xidmətindən istifadə üçün aylıq abunə haqqı məsafəyə görə dəyişəcək. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.
Layihə çərçivəsində xidmət göstəriləcək məktəblər arasında Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblər yer alır.
Layihə çərçivəsində 1200 şagird xidmətdən yararlanacaq və şagirdlər birbaşa evdən götürülməklə məktəbə gətirəcək.